Bakı. Trend:
Bank sektorunun valyuta mövqeyi prudensial tələblər çərçivəsindədir və de-dollarlaşma prosesi davam edib.
Bu barədə Trend Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə, 2024-cü il ərzində bank sektoru üzrə kredit portfelinin dollarlaşması 2.7 faiz bəndi azalaraq 16.1% olub: "Depozit portfeli üzrə isə dollarlaşma 0.9 faiz bəndi azalaraq 37.5% olub. Bank sektorunun gəlirliliyində də müsbət meyil davam etmiş, sektor 1 milyard manatdan çox xalis mənfəət əldə etmişdir.
"2024-cü ilin sonuna sektorun kapital adekvatlığl əmsalı 17.6% təşkil etmişdir ki, bu da minimum prudensial tələbi 1.8 dəfə üstələyir. 2024-cü ilin sonuna bank sektoru üzrə aktivlərin gəlirliliyi 2.1%, kapitalın gəlirliliyi isə 18.1% təşkil etmişdir", - məlumatda qeyd olunub.