...

Azərbaycanda üç böyük bankın depozit portfeli üzrə bazar payı 67%-i ötüb

İqtisadiyyat Materials 15 Aprel 2025 11:05 (UTC +04:00)
Azərbaycanda üç böyük bankın depozit portfeli üzrə bazar payı 67%-i ötüb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda ən böyük 3 bankın sistem üzrə bazar payının dinamikası da 2024-cü ildə həm kredit, həm də depozit portfeli üzrə təmərküzləşmənin artdığını göstərir.

Trend-ə bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Məlumata görə, 2023-ci illə müqayisədə ən böyük 3 bankın kredit portfeli üzrə bazar payı 1.7 faiz bəndi artaraq 54,1%, depozit portfeli üzrə bazar payı isə 1,8 faiz bəndi artaraq 67,4% təşkil edib.

"Aktivlər üzrə isə ən böyük 3 bankın bazar payında nəzərəçarpan dəyişiklik olmayıb. Bank sektoru üzrə təmərküzləşmə Mərkəzi Bank tərəfindən daim diqqətdə saxlanılır", - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti