...

Azərbaycanda internet istifadəçilərinin 63%- i 100 Mbps-dən yuxarı sürətli internet istifadə edir

İqtisadiyyat Materials 14 May 2025 12:17 (UTC +04:00)
Azərbaycanda internet istifadəçilərinin 63%- i 100 Mbps-dən yuxarı sürətli internet istifadə edir
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin sonuna Azərbaycanda fiber abunəçilərinin sayı 2.02 milyona çataraq bütün sabit internet bağlantılarının 93.24%-ni təşkil edib.

Trend bu barədə “Ookla Speedtest”ə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2023-cü ildə 71.1% idi. Hazırda istifadəçilərin 63%-i 100 Mbps-dən yuxarı sürətli internet istifadə edir.

“İnfrastrukturun yenilənməsi nəticəsində köhnə ADSL sistemi GPON texnologiyası ilə əvəz olunub. Aztelekom başda olmaqla bir neçə provayder bu prosesə qoşulub. 2020-ci ildə 227 min ev internetlə təmin olunmuşdusa, 2024-cü ilin sonunda bu göstərici 3 milyona çatıb.

DSL-dən fiber-optik internetə keçid nəticəsində internet bağlantılarının sayı 2.24 milyon olub. Xüsusilə kənd yerlərində bu texnologiyaya keçid rəqəmsal fərqləri aradan qaldırmaqda mühüm rol oynayıb. ISP-lər də istifadəçiləri cəlb etmək üçün Wi-Fi cihazları, IPTV və VoIP xidmətləri təqdim edir”, - deyə məlumatda qeyd edilib.

Ookla məlumatlarına görə, Azərbaycanda 2020-ci ildə internetin yükləmə sürəti 10.52 Mbps, ötürmə sürəti isə 11.10 Mbps idi. Bu sürətlər 2025-ci ilin əvvəlində müvafiq olaraq 73.57 Mbps və 74.13 Mbps-ə çatıb. Bu artım provayderlərin sürətləri artırması və qiymətləri aşağı salması ilə dəstəklənib. Məsələn, əvvəl 100 Mbps internet 0.45 AZN-ə başa gəlirdisə, indi bu qiymət 0.25 AZN-dir.

Qeyd edək ki, “Online Azərbaycan” layihəsi 2021-ci ildə başladılıb və dörd il ərzində demək olar ki, ölkədəki bütün evlərə və biznes obyektlərinə yüksək sürətli internet çəkilib, şəbəkə performansı isə xeyli yaxşılaşıb. Layihə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən 2021-ci ildə “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafı üzrə Strateji Yol Xəritəsi” çərçivəsində başladılıb. Məqsəd ucqar bölgələrdə də daxil olmaqla, əhalinin 95%-nə orta hesabla 50 Mbps sürətində internet təqdim etmək və qiymətləri sabit saxlamaqdır. Eyni zamanda bu addım rəqəmsal iqtisadiyyatı gücləndirmək və xarici sərmayələri cəlb etmək məqsədi daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti