Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 166 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 104 ölkəyə məhsul ixrac olunub, 160 ölkədən idxal olunub.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük
rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və
təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla
2025-ci ilin yanvar-iyun aylarında ölkənin xarici ticarət
dövriyyəsi 23964,3 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət
dövriyyəsinin 12442,2 milyon dollarını və ya 51,9 faizini ölkədən
ixrac olunmuş məhsulların, 11522,1 milyon dollarını (48,1 faizini)
isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 920,1 milyon
dollar məbləğində müsbət saldo yaranmışdır. 2024-cü ilin
yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki
qiymətlərlə 9,4 faiz artmış, real ifadədə 3,8 faiz azalmışdır.
İdxal real ifadədə 4,4 faiz artmış, ixrac isə 9,3 faiz
azalmışdır.
2025-ci ilin yanvar-iyun aylarında qeyri neft-qaz məhsullarının
ixracı 1754,1 milyon dollar təşkil etmiş və 2024-cü ilin
yanvar-iyun aylarına nisbətən faktiki qiymətlərlə 9,9 faiz artmış,
real ifadədə isə 13,2 faiz azalmışdır.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 25,6 faizi İtaliya, 11,9 faizi Türkiyə, 10,3 faizi Rusiya, 8,6 faizi Çin, 3,1 faizi Almaniya, 2,7 faizi Birləşmiş Krallıq, 2,4 faizi ABŞ, 2,1 faizi Qazaxıstan, 2,0 faizi Çexiya, hər biri 1,7 faiz olmaqla Rumıniya və Xorvatiya, hər biri 1,6 faiz olmaqla Yunanıstan, Gürcüstan və Bolqarıstan, hər biri 1,5 faiz olmaqla İsveçrə və Avstraliya, 1,3 faizi Portuqaliya, 1,2 faizi İran, 1,1 faizi Cənubi Afrika Respublikası, hər biri 1,0 faiz olmaqla Ukrayna və Özbəkistan, hər biri 0,9 faiz olmaqla Meksika və Yaponiya, 12,7 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.
İxracın 46,5 faizini İtaliyaya, 13,3 faizini Türkiyəyə, 4,6
faizini Rusiyaya, 3,5 faizini Çexiyaya, 3,2 faizini Xorvatiyaya,
3,0 faizini Rumıniyaya, hər biri 2,9 faiz olmaqla Bolqarıstan və
Yunanıstana, 2,6 faizini Gürcüstana, 2,5 faizini Almaniyaya, 2,4
faizini Portuqaliyaya, 1,6 faizini İsveçrəyə, 1,1 faizini Birləşmiş
Krallığa, hər biri 1,0 faiz olmaqla Niderland və İrlandiyaya, hər
biri 0,8 faiz olmaqla Ukrayna və Serbiyaya, hər biri 0,6 faiz
olmaqla Tailand və İndoneziyaya, 0,5 faizini Tunisə, 4,6 faizini
isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil
etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33,4
faiz), Türkiyəyə (16,4 faiz), Gürcüstana (8,8 faiz), İsveçrəyə (8,6
faiz), Ukraynaya (5,5 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (3,0
faiz), Qazaxıstana (3,0 faiz), ABŞ-a (2,1 faiz), Belarusa (2,1
faiz), Türkmənistana (1,7 faiz), Özbəkistana (1,6 faiz), İtaliyaya
(1,3 faiz), Çinə (1,1 faiz), Almaniyaya (1,0 faiz) göndərilmiş
malların payı üstünlük təşkil etmişdir.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,7 faizi Çin,
16,7 faizi Rusiya, 10,3 faizi Türkiyə, 4,8 faizi ABŞ, 4,5 faizi
Birləşmiş Krallıq, hər biri 3,9 faiz olmaqla Qazaxıstan və
Almaniya, 3,1 faizi Avstraliya, 2,5 faizi İran, 2,3 faizi Cənubi
Afrika Respublikası, 2,2 faizi İtaliya, 1,9 faizi Meksika, hər biri
1,8 faiz olmaqla Özbəkistan və Yaponiya, 1,7 faizi Braziliya, hər
biri 1,5 faiz olmaqla Koreya, İsveçrə və Belarus, hər biri 1,2 faiz
olmaqla Kanada və Ukrayna, 14,0 faizi isə digər ölkələr ilə
aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2025-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin eyni dövrü ilə
müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 35,2 faiz,
təzə tərəvəz – 10,6 faiz, kartof – 43,2 faiz, şəkər – 66,2 faiz,
bitki yağları – 31,0 faiz, çay – 2,5 faiz, mineral gübrələr – 17,2
faiz, polietilen – 4,5 faiz, emal olunmamış alüminium – 7,8 faiz,
sement klinkerləri – 34,5 faiz, qara metallardan borular – 31,8
faiz, pambıq ipliyi – 26,1 faiz artmış, meyvə və tərəvəz şirələri
ixracı isə 14,2 faiz, meyvə və tərəvəz konservləri – 9,1 faiz,
tütün – 48,6 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar –
30,8 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 37,2 faiz, pambıq
lifi – 12,7 faiz, polipropilen – 5,5 faiz, elektrik enerjisi – 26,5
faiz, qara metallardan çubuqlar – 33,3 faiz, bentonit gili – 12,6
faiz azalmışdır.
2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 2025-ci ilin yanvar-iyun aylarında buğda idxalı 56,0 faiz, kərə yağı, digər süd yağları və pastaları – 0,3 faiz, xam şəkər – 40,6 faiz, çay – 7,2 faiz, kartof – 20,1 faiz, təzə tərəvəz – 33,4 faiz, siqaretlər – 3,4 dəfə, minik avtomobilləri – 24,2 faiz, məişət kondisionerləri – 26,6 faiz, rezin şinlər – 19,7 faiz, yük avtomobilləri – 0,2 faiz, qara metallardan çubuqlar – 29,7 faiz, mebellər – 0,2 faiz, polietilen – 9,0 faiz, avtobuslar – 2,4 dəfə, polipropilen – 5,4 faiz, məişət soyuducuları – 18,9 faiz artmış, bitki yağları idxalı isə 5,4 faiz, təzə meyvə – 16,4 faiz, şokolad və şokolad məhsulları – 1,3 faiz, unlu qənnadı məmulatları – 2,9 faiz, quş əti və onun əlavə məhsulları – 15,4 faiz, mal əti – 18,3 faiz, dərman vasitələri – 14,6 faiz, polad prokatı – 0,2 faiz, qara metallardan borular – 29,3 faiz, hesablama maşınları, blok və qurğuları – 16,1 faiz, mineral gübrələr – 0,7 faiz, sintetik yuyucu vasitələr – 9,3 faiz, paltaryuyan maşınlar – 5,4 faiz, qara metallardan künclüklər – 8,7 faiz, sement – 12,7 faiz azalmışdır.