...

"ChatGPT"nin Azərbaycandakı bazar payı artıb

İqtisadiyyat Materials 2 Dekabr 2025 12:02 (UTC +04:00)
"ChatGPT"nin Azərbaycandakı bazar payı artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin noyabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) süni intellekt (AI) "chatbot"u olan "ChatGPT"nin bazar payı 94,07% təşkil edib.

Trend-in “Global Stats” Statistika Mərkəzinə istinadən məlumatına görə, bu, oktyabr ayına nisbətən 0,52 faiz bəndi çoxdur.

İkinci pillədəki "Google Gemini" və "Perplexity” “chatbot”ları isə hərəyə 1,91 faiz bəndi təşkil etməklə Azərbaycanda bazar payına malik olublar. "Google Gemini"nin ölkədəki bazar payı bir ay əvvələ nisbətən 0,41 faiz bəndi azalıb, "Perplexity”nin isə 0,4 faiz bəndi artıb.

"Microsoft Copilot"un bazar payı 1,8% olub. Bu, əvvəlki ayın göstəricisindən 0,62 faiz bəndi azdır.

Siyahını 0,32%-lik bazar payı ilə "Claude" qapayır. Onun payı oktyabr ayı ilə müqayisədə 0,12 faiz bəndi artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti