...

AMB-nin bank və BOKT-lara xalis tələbləri azalıb

İqtisadiyyat Materials 30 Dekabr 2025 14:59 (UTC +04:00)
AMB-nin bank və BOKT-lara xalis tələbləri azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin dekabrın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) xalis tələbləri 7,409 milyard manat təşkil edib.

Trend bu barədə AMB-dən məlumat əldə edib.

Məlumata görə, bu göstərici bir ay əvvələ nisbətən 582,8 milyon manat və ya 7,3% azalıb.

Həmçinin xalis tələblər bir il əvvəlki göstərici ilə müqayisədə isə 2,813 milyard manat və ya 27,5% azalıb.

Qeyd edək ki, 2025-ci ilin noyabrın 1-nə AMB-nin banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) xalis tələbləri 7,992 milyard manat, 2024-cü ilin dekabrın 1-nə isə 10,223 milyard manat təşkil etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti