Bakı. Trend:
Azərbaycanda ən populyar mobil cihazların adı bəlli olub.
Trend-in “Global Stats” Statistika Mərkəzinə istinadən məlumatına görə, “Apple" smartfonları bu ilin yanvar ayında Azərbaycanda mobil cihazlar üzrə 29,24 faiz bazar payı ilə ilk pillədə qərarlaşıb.
Ötən ilin dekabr ayına olan göstərici ilə müqayisədə “Apple" markasının Azərbaycanda bazar payı 1,33 faiz bəndi, 2025-ci ilin yanvar ayına nisbətən isə 1,92 faiz bəndi artıb.
Hesabat dövründə Azərbaycanda ən çox bazar payına malik smartfon brendlərinin siyahısında "Samsung” ikinci yerdə olub. Belə ki, bu markalı smartfonların Azərbaycanda bazar payı əvvəlki ayla müqayisədə 0,31 faiz bəndi artaraq, 2025-ci ilin yanvar ayına nisbətən isə 3,05 faiz bəndi azalaraq 20,32 faiz təşkil edib.
Siyahıda növbəti pillədə “Xiaomi” qərarlaşıb. Belə ki, bu brendin Azərbaycanda smartfonlar üzrə bazar payı bir ay əvvələ nisbətən 0,51 faiz bəndi, 2025-ci ilin yanvar ayı ilə müqayisədə isə 2,17 faiz bəndi azalaraq 9,78 faizə bərabər olub.
Siyahıda 4-cü pillədə 8,88 faiz bazar payı ilə “Unknown” smartfonları mövqelənib. Bu göstərici bir ay əvvəllə müqayisədə 0,44 faiz bəndi az, 2025-ci ilin eyni dövrünə nisbətən isə 3,19 faiz bəndi çoxdur.
Bu ilin yanvar ayı üzrə digər smartfonların Azərbaycanda bazar payı isə 31,78 faiz bəndi təşkil edib.
