...

İl ərzində əhaliyə pullu xidmətlər 33 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2007 17:59 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir Ü.İsmayılova/ Yanvar-sentyabr ayları ərzində əhaliyə 1621 mln. manat məbləğində pullu xidmət təklif olunub ki, bu da 2006-cı ilin müvafiq dövrü ilə müqayisədə 33,1 faiz çoxdur. Bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsinin məlumatında göstərilib.

Məlumatda göstərilib ki, 78,1 faizlik artım hüquqi xidmətlərin payına düşüb.

Hesabat dövrü ərzində ölkə əhalisinə göstərilən özəl xidmətlər 31,6 faiz artaraq, 1240,7 mln. manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti