...

Sığorta şirkəti yığımları 6 mln. manata qədər artırmağı planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2007 18:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/ Azərbaycanın aparıcı sığorta şirkətlərindən biri olan "Pasa Sigorta" ilin sonuna qədər sığorta yığımlarını 6 mln. manata qədər artırmağı planlaşdırır. Bu barədə cümə günü şirkətin baş direkorunun müavini Nofəl Rzayev məlumat verib.

Yanvar-sentyabr ayları ərzində şirkətin yığımları 5,1mln. manat təşkil edib.

Bu dövr ərzində şirkət, əsasən, korporativ əmlakın sığortası, yanğından sığorta, avtomobillərin sığortası-KACKO, girov qoyulmuş əmlakın sığortası eləcə də tikinti risklərinin sığortasını həyata keçirib.

Rzayevin sözlərinə görə, 2006-cı ilin səkkiz ayı ərzində şirkətin yığımları cəmi 300 min manat təşkil edib.

"Pasa Sigorta" Azərbaycanın sığorta bazarında 2006-cı ilin mart ayından fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı 1,2 mln. manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti