...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2007 13:02 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Xəlilova / Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0002 bənd möhkəmlənib (0,02 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,8498 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi oktyabrın 22 və 23-də (1 ABŞ dolları üçün 0,8499 manat), minimum isə oktyabrın 22 və 23-də (1 ABŞ dollarına 0,8497 manat) müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
15oktyabr - 22oktyabr 0,8499
16oktyabr 0,8503 23oktyabr 0,8499
17oktyabr 0,8503 24oktyabr 0,8498
18oktyabr 0,8501 25oktyabr 0,8497
19oktyabr 0,8500 26oktyabr 0,8497
Həftə ərzində orta 0,850175 Həftə ərzində orta 0,8498

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası valyuta birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,001 bənd (0,1 faiz) aşağı düşüb. Orta məzənnə 1 ABŞ dollarına 0,84926 manat səviyyədə müəyyən olunub.

Dolların manata münasibətdə maksimum məzənnəsi oktyabrın 22-24-də (1 ABŞ dollarına 0,8493 manat), minimum isə 25-26 oktyabrda (1 ABŞ dollarına 0,8492 manat) müəyyən olunub.

Ötən həftə BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): 22 oktyabrda - 0,8493 AZN/USD məzənnəsi ilə $1,85 mln., 23 oktyabrda - 0,8493 AZN/USD məzənnəsi ilə $2,55 mln., 24 oktyabrda -0,8493 AZN/USD məzənnəsi ilə $6,05 mln., 25 oktyabrda - 0,8492 AZN/USD məzənnəsi ilə $6,65 mln., 26 okytyabrda - 0,8492 AZN/USD məzənnəsi ilə $5,685 mln.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
15oktyabr - 22oktyabr 0,8499
16oktyabr 0,8503 23oktyabr 0,8499
17oktyabr 0,8503 24oktyabr 0,8498
18oktyabr 0,8501 25oktyabr 0,8497
19oktyabr 0,8500 26oktyabr 0,8497
Həftə ərzində orta 0,850175 Həftə ərzində orta 0,8498
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi
15oktyabr - 22oktyabr 0,8493
16oktyabr 0,8502 23oktyabr 0,8493
17oktyabr 0,8501 24oktyabr 0,8493
18oktyabr 0,8493 25oktyabr 0,8492
19oktyabr 0,8492 26oktyabr 0,8492
Həftə ərzində orta 0,8497 Həftə ərzində orta 0,84926

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN və T+2 BEST bankları tərəfindən sifarişlər təqdim olunmayıb. EUR/AZN T+0 aləti üzrə 37 980 manata bərabər həcm qeydə alınıb. Bu sövdələşmədə orta çəkili məzənnə 1 EUR-a 1,1660 manat təşkil edib.

Göstərilən dövr ərzində özəlləşdirmə çeklərinə olan qiymət sabit olub və keçən həftənin 14 manat səviyyəsində qalıb

Özəlləşdirmə çeklərinin fəaliyyət müddəti 2008-ci il yanvarın 1-də başa çatır.

Xəbər lenti

Xəbər lenti