...

Sahibkarlar Bakıda keçirilən yarmarkalarda quş ətinin satışını xeyli azaldıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Dekabr 2007 12:04 (UTC +04:00)

Azərbaycan, Bakı / " müxbir S.Babayeva/ İdxal oluna yemin bir tonunun qiymətinin 130 dollardan 400 dollara qədər artması Azərbaycanın iri quşçuluq müəssisələrini hər cümə günü Bakıda keçirilən yarmarkalara çıxarılan quş əti məhsullarını xeyli dərəcədə azaltmağa məcbur edib. Bu barədə Respublika Quşçular Cəmiyyətinin rəhbəri Aydın Vəliyev məlumat verib.

"Son il ərzində müəssisələr məhsul istehsalını azaldıb və bu, yarmarkalara çıxarılan məhsulun demək olar ki, 50% azalmasına gətirib çıxardıb" - deyə cəmiyyət rəhbəri bildirib.

Vəliyevin sözlərinə görə, ayrı-ayrı quşçuluq müəssisələri Bakıda keçirilən yarmarkalarda iştirak etmir, çünki məhsulun dəyəri artıb, lakin məhsul bazarda hələ də bu dəyərdən aşağı qiymətə satılır.

Cəmiyyətin rəhbəri bildirib ki, əvvəllər ənənəvi olaraq hər həftə yarmarkaya 25 ton quş əti çıxarılırdısa, son dövrlərdə bu rəqəm 10-11 ton təşkil edir.

Bakıda keçirilən yarmarkalarda 400 tondan çox quş əti və 8 mln. dan çox quş yumurtası satılıb. Yarmarkalar 2006-cı ilin dekabrından keçirilir.

Xəbər lenti

Xəbər lenti