Azərbaycan, Bakı, 10 yanvar/ " , müxbir Ü.İsmayılova/ Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin nəzdində İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti Yeni il hədiyyələrinin monitorinqi ilə bağlı nəticələri açıqlayıb. Bu barədə cümə axşamı İqtisadi İnkişaf Nazirliyindən məlumat veriblər.
Nazirlikdən monitorinqin hədiyyələrin keyfiyyət və mənşəyinin yoxlanılması üzrə aparıldığını bildiriblər. Yoxlamalar nəticəsində şəhərin 73 ticarət məntəqəsində 290-a yaxın mənşəyi bilinməyən Yeni il hədiyyəsi aşkar edilib.
Bütün oyuncaqlar satışdan götürülüb, oyuncaqların satıcılarına isə cərimə sanksiyaları tətbiq edilib.
Monitorinq 2007-ci ilin 17 dekabrından yanvarın 7-dək aparılıb.