...

Azərbaycan sığorta şirkəti baş direktor axtarışındadır

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Fevral 2008 17:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 fevral / " müxbir U.İsmayılova/ 2007-ci ildə sığorta haqları cəmi 330 min manat təşkil edən Azərbaycanın "Absheron" sığorta şirkəti rəhbərsiz qalıb və baş direktor vəzifəsi üçün vakansiya elan edib. Bu barədə çərhənbə axşamı şirkətdən bildiriblər.

"Absheron" şirkətindən vurğulayıblar ki, hazırda şirkət rəhbərinin vəzifələrinin müvəqqəti icraçısı postuna da namizəd yoxdur.

2007-ci ilin martından "Absheron"nun baş direk tor vəzifəsini Rafiq Hacıyev (Şirkətin Sumqayıt filialının keçmiş direktoru) tutub. O. bu postda şirkətdən səbəbsiz gedən Ağahüseyn Hüseynovu əvəz edib.

Rafiq Hacıyev çərşənbə axşamı Trend a "Absheron"dan iki həftə bundan öncə getdiyini, lakin 15 ildir ki, məşğul olduğu sığorta fəaliyyətini davam etdirmək üçün sığorta şirkətlərindən birində işə düzəlmək niyyətində olduğunu bildirib.

"Mən "Absheron"dan ona görə getdim ki, şirkətdə iş üçün müvafiq şərait (avtomobil, hüquqşünas) yoxdur" - deyə Hacıyev bildirib.

Azərbaycanın Maliyyə Nazirliyinin məlumatına görə, 2007-ci ildə sığorta ödəmələri 0,03 mln. manat təşkil edib. Fəaliyyətdə olan bütün sığorta şirkətlərinin ümumi sığorta haqları 147,2 mln. manat, sığorta ödəmələri isə, 35,62 mln. manat təşkil edib.

"Absheron" özəl şirkətinin səhmdarları iki fiziki şəxsdir. Şirkətin Nizamnamə kapitalı 1,2 mln. manat təşkil edir. Şirkət sığortanın 23 növü üzrə xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti