...

Azərbaycanın iri metallurgiya müəssisəsi metal tullantılarının alınması qiymətini artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Fevral 2008 14:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral / Trend , müxbir S.Babayeva/ Azərbaycanın iri metallurgiya müəssisəsi olan "Baku Steel Company" metal tullantılarının alınması qiymətini 40 faiz artırıb.

Əvvəllər " Baku Steel Company" xammalın keyfiyyətindən asılı olaraq 1 ton metal tullantıları üçün 100-125 dollar ödəyirdi. İndi bu məbləğ 175- 180 dollar təşkil edir (ƏDV hesaba almamaqla).

Keçən ilin əvvəllərindən "Baku Steel Company" öz fəalliyyətini istehsalat üçün xammal çatışmazlığı səbəbindən bir neçə dəfə dayandırıb. Bu gün müəssisə gündəlik istehsal üçün tələb olunan min tondan artıq xammalın ancaq yarısını ala bilir.

"Şirkətin idarə heyəti daima xammal çatışmazlığı ilə bağlı yaranan vəziyyəti nəzərə alaraq, istehsalı dayandırmamaq şərtilə artırılmasını müzakirə edir" - deyə şirkətdən bildiriblər.

"Baku Steel Company" fəaliyyətinin başlanğıcında istehsalata 75 mln.-dan artıq investisiya yatırıb. Hazırda müəssisənin istehsal gücü ildə 350 min ton təşkil edir.

Müəlliflə əlaqə: Capital

Xəbər lenti

Xəbər lenti