...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2008 13:06 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Azərbaycan, Bakı, 14 aprel / Trend , müxbir İ.Xəlilova / Keçən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0017 bənd möhkəmlənib (0,17 faiz). Ötən həftə orta məzənnə 1 ABŞ dollarına 0,83104 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi aprelin 7-də 1 ABŞ dolları üçün 0,8321 manat, minimum isə aprelin 10-da 1 ABŞ dolları üçün 0,83 manat müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
31 mart 0,8319 7 aprel 0,8321
1 aprel 0,8320 8 aprel 0,8312
2 aprel 0,8329 9 aprel 0,8315
3 aprel 0,8324 10 aprel 0,8300
4 aprel 0,8323 11aprel 0,8304
Həftə ərzində orta 0,8323 Həftə ərzində orta 0,83104

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası valyuta birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0015 bənd (0,15 faiz) aşağı düşüb. Orta məzənnə 1 ABŞ dollarına 0,82986 manat səviyyədə müəyyən olunub. Göstərilən dövr ərzində dolların manata münasibətdə maksimum məzənnəsi aprelin 7-də 1 ABŞ dollarına 0,8309 manat, minimum isə 10 apreldə 1 ABŞ dollarına 0,8289 manat müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): 7 aprel - 0,8309AZN/USD məzənnəsi ilə $11,197 mln., 8 aprel - 0,8297 AZN/USD məzənnəsi ilə $24,38 mln., 9 aprel - 0,8304 AZN/USD məzənnəsi ilə $3,11 mln., 10 aprel - 0,8289 AZN/USD məzənnəsi ilə $11,27 mln., 11 aprel - 0,8294 AZN/USD məzənnəsi ilə $1,93 mln.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
31 mart 0,8319 7 aprel 0,8321
1 aprel 0,8320 8 aprel 0,8312
2 aprel 0,8329 9 aprel 0,8315
3 aprel 0,8324 10 aprel 0,8300
4 aprel 0,8323 11aprel 0,8304
Həftə ərzində orta 0,8323 Həftə ərzində orta 0,83104
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi
31 mart 0,8302 7 aprel 0,8309
1 aprel 0,8316 8 aprel 0,8297
2 aprel 0,8324 9 aprel 0,8304
3 aprel 0,8314 10aprel 0,8289
4 aprel 0,8311 11aprel 0,8294
Həftə ərzində orta 0,83134 Həftə ərzində orta 0,82986

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. BEST bankları tərəfindən RUB/AZN və EUR/AZN üzrə sifarişlər təqdim olunmayıb.

Ötən həftə özəlləşdirmə çeklərinin qiyməti 16 manata qədər enib.

Çeklərin istifadə müddəti 2010-cu ildə başa çatır.

Xəbər lenti

Xəbər lenti