...

DB Azərbaycan üçün maliyyə layihəsi üzrə danışıqları təxirə salıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2008 23:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel/ Trend müxbir İ.Xəlilova/ Dünya Bankı (DB) Azərbaycanın maliyyə bölməsinin müasirləşdirilməsinə texniki yardım layihəsi üzər Azərbaycan hökuməti ilə rəsmi danışıqların keçirilməsi tarixini mayın 6-a təxirə salıb. Bu barədə bazar ertəsi DB-nin Bakı nümayəndəliyindən məlumat veriblər. Danışıqların əvvəlki tarixi aprelin 15-16-a təyin edilib.

Danışıqlar sənədlərin hazırlanması üçün vaxt çatışmazlığına görə təxirə salınıb. Lakin, layihənin bankın Direktorlar Şurasında əvvəlki kimi iyunun 17-də təsdiqlənəcəyi gözlənilir.

Layihənin qiymətləndirilməsinin yekunlarına görə, DB layihənin reallaşdırılması üçün Beynəlxalq İnkişaf Assosiasiyası xətti üzrə (möhlət müddəti 10 il olmaqla 35 il müddətinə, illik 075 faiz dərəcə ilə) $11 mln. ayırmağa hazır olduğunu bildirib.

Layihənin son dəyəri danışıqlar prosesinin gedişində hər komponentin qiymətləndirilməsindən sonra müəyyən ediləcək.

Layihə nizamlayıcı və nəzarət rejiminin gücləndirilməsi ilə Azərbaycanın maliyyə bölməsinin sürətli inkişaf nəticəsində meydana çıxan sistemli risklərin qarşısının alınması, çıxış və əsas maliyyə əməliyyatlarının şəffaflığının yaxşılaşdırılmasına yönəlib.

Layihə çərçivəsində işlər beş əsas bölmədə islahatların aparılması ilə maliyyə sektorunun davamlı inkişafını dəstəkləyəcəklər:

- şirkətlərin yerli bazara daha böyük çıxışı üçün bazarda nizamlayıcı və nəzarət rejiminin yaxşılaşdırılması;

- maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsinin gücləndirilməsi;

- İnternet şəbəkəsi vasitəsilə Azərbaycan Milli Bankının maliyyə məlumatlarına çıxışın və şəffaflığın yaxşılaşdırılması;

- kredit bürosundə mövcud Mərkəzləşdirilmiş kredit reyestrinin yenilənməsi, reyestrin on-line rejimdə işinin təmin edilməsi, istehlakçı və müəssisələr üçün kredit tarixlərinin aparılması;

- kənd təsərrüfatı məhsulları istehsalçıları ilə iş üçün bank və bank olmayan kreditorların tədris proqramları ilə təmin edilməsi.

İsveçrənin iqtisadi əlaqələr üzrə Dövlət Katibliyi Seco maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə komponentin hazırlanmasını maliyyələşdirməyə razılaşıb.

Bu ölkənin maliyyə bölməsi üçün DB-nin üçüncü və güzəştli şərtlərlə sonuncu krediti olacaq. Dünya bankı Azərbaycanın maliyyə bölməsinə texniki yardımın göstərilməsi (FSTA) üçün artıq $5,4 mln., maliyyə xidmətlərinin inkişafına isə $12 mln. ayırıb.

Aprelin 14-ə olan rəsmi məzənnə - 0,831 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti