...

"Texnikabank" -ın aktivləri bir il ərzində 1,2 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2008 18:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel / " Azərbaycanın "Texnikabank"bankının aktivləri yanvar-mart aylarında 2007-ci ilin analoji ayları ilə müqayisədə 1,2 faiz artaraq, 353,4 min manat təşkil edib. Bu barədə bankın çərşənbə axşamı yayılmış məlumatında bildirilib.

Bankın ümumi kapitalı 6,96 faiz artaraq 41,2 min manat, Nizamnamə kapitalı 26,9 min manat təşkil edib.

"Texnikabank"ın kredit portfeli 2007-ci ilin analoji dövrü ilə müqayisədə 0,8 artaraq, 263,1 min manat, depozit portfeli isə,174,1 min manat təşkil edib.

Şirkətin yanvar-mart mənfəətləri fevral ayı ilə münayisədə,137,69 faiz artaraq, 4,6 min manat təşkil edib.

"Texnikabank"ın 32 filialı, 2 şöbəsi və 3 valyuta mübadiləsi mərkəzi var.

Bankın bütün ölkə ərazisində 46 bankomatı, 285 Post-terminalı var. Bank öz müştərilərinə 36,5 min plastik kart verib.

Xəbər lenti

Xəbər lenti