...

Azərbaycanın Nəqliyyat Nazirliyi nəqliyyat sisteminin inkişafı üzrə yeni uzunmüddətli proqram hazırlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2008 19:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel / Trend / Azərbaycanın Nəqliyyat Nazirliyi 2009-2010-cu illər ölkənin nəqliyyat sahəsinin inkişafı üzrə yeni proqram hazırlayıb, cümə günü nazirlikdən məlumat verilib. Nəqliyyat Nazirliyinin qiymətləndirmələrinə görə, bu proqramın dəyəri 5 mlrd. təşkil edə bilər.

Azərbaycanın nəqliyyat sahəsinin inkişaf üzrə proqram hazırda hazırlanan "Regionların sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramının tərkib hissəsi olacaq. Bu proqram nəqliyyat sahəsində və nəqliyyat infrastrukturunda tikinti və modernləşmə işlərini nəzərdə tutur, nazirlikdən məlumat verilib.

Cari ildə 2004-2008-ci il üçün Azərbaycan regionlarında sosial-iqtisadi inkişafa dair Dövlət Proqramının reallaşdırılması başa çatır.

Xəbər lenti

Xəbər lenti