...

Azərbaycanda bank sektorunun kapitallaşdırılması 2008-ci ildə 45 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2008 14:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 dekabr / Trend , müxbir N.İsmayılova/ Oktyabrda Azərbaycanda bank sektorunun kapitallaşdırılması 3,7 faiz artıb. Noyabrın 1-nə olan bu göstərici ilin əvvəli ilə müqayisədə 47,1 faizdir, - çərşənbə günü Azərbaycan Milli Bankından bildiriblər.

AMB-nin statistik məlumatlarına görə, noyabrın 1-də 41 bankın kapitalı ilin əvvəlində 38 bankın kapitalını 10 mln. manat üstələyib.

Uyğun olaraq bu kateqoriyada bankların xüsusi çəkisi müştərək kapital həcmində 94,6 faizdən - 97,9 faizədək artıb.

Üç bankın (1,8 faiz xüsusi çəkidə) kapitalı 5 mln. manatdan 10 mln. manatadək formalaşıb, bir bank (0,3 faiz) bunu 3,5 mln. manatdan 5 mln. manat diapazonunda ödəyib.

Bu hesabat mərhələsi ərzində 45 bankın bank fəaliyyəti üçün lisenziyası olub. İki bankın - çoxdan fəaliyyət göstərməyən "Poctbank"ın və kapitallaşma tələblərini ödəməyən "Atlantbank"ın lisenziyalarının geri alınması nəticəsində onların sayı azalıb.

Bank sisteminin yenidən qurulması, maliyyə sabitliyinin təmini və maliyyə vasitəçiliyinin səmərəliliyini artırılması üzrə tədbirlər çərçivəsində AMB İdarə Heyəti iyulun 9-dan bu iki bankın lisenziyasını geri alıb.

Bu gün üçün yeddi bank məhdud lisenziya ilə (əmanət qəbul etməyə icazələri yoxdur) fəaliyyət göstərir. Bu səbəbdən, onlar Əmanətlərin Sığortalanması Fonduna üzv ola bilməyiblər (bu banklara sanksiyalar müştərək kapitalın 10 mln. manat həcmində elan olunmuş minimal həcminin uyğunsuzluğu üzündən tətbiq edilib). Hər bank üçün fərdi qaydada məhdudiyyət müddəti müəyyən olunub.

Bu il Milli Bank bankların kapitalına yeni normativ tələblər qoymağı planlaşdırmasa da, onların bundan sonrakı kapitallaşdırılması üzrə strategiyanı işləyib hazırlamaq niyyətindədir. Ümümilikdə, banklar gələcəkdə kapitalın adekvatlığı tələblərinə əməl etməlidirlər, beynəlxalq təcrübədə belə qəbul olunub. Daxili maliyyə bazarının qlobal böhran təzahürlərindən qorunması üçün AMB-nin işləyib hazırladığı təbdirlər kompleksi çərçivəsində kapitallaşma tələblərinin dəyişməsi (səhmlərin keyfiyyətinin və kapitalın adekvatlılığının) də mümkündür.

Bu gün ölkədə əcnəbi kapitalın iştirakı ilə 23 bank fəaliyyət göstərir. İlin əvvəlində onların sayı 21 olub. Bu bankların yeddisində əcnəbi kapitalın xüsusi payı 50-100 faiz arasında formalaşıb, 14 bankda bu göstərici 50 faizədəkdir və iki xarici bankın filialı da fəaliyyət göstərir.

Xaricdə Azərbaycanın yeddi bank strukturu fəaliyyət göstərir, onların beşi nümayəndəlik, ikisi törəmə bank, biri filialdır.

Azərbaycanda eyni zamanda dörd əcnəbi bankın nümayəndəliyi fəaliyyət göstərir.

Dekabrın 3-nə rəsmi məzənnə 0,8091 AZN/USD.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti