...

"Azərbaycan kənd sərmayələri"nin ikinci mərhələsi təxminən 250 layihəni əhatə edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2009 15:53 (UTC +04:00)
"Azərbaycan Hökuməti və Dünya Bankı (DB) tərəfindən həyata keçirilən "Azərbaycan kənd sərmayələri" layihəsinin ikinci mərhələsi çərçivəsində təxminən 250 layihə realizə ediləcək", - çərşənbə axşamı layihənin direktoru Sübhan Əsgərov deyib.

Azərbaycan, Bakı, 21 iyul / Trend , müxbir N.İsmayılova /

"Azərbaycan Hökuməti və Dünya Bankı (DB) tərəfindən həyata keçirilən "Azərbaycan kənd sərmayələri" layihəsinin ikinci mərhələsi çərçivəsində təxminən 250 layihə realizə ediləcək", - çərşənbə axşamı layihənin direktoru Sübhan Əsgərov deyib.

"Birinci mərhələ çərçivəsində ümumilikdə 21,1 milyon dollar qiyməti olan 340 layihə realizə edilib, - Əsgərov bildirib. - Biz bu mərhələni uğurla başa vurduq və buna görə də apreldə DB ikinci krediti ayırmaq qərarına gəldi. Onun çərçivəsində 240-250 layihənin realizəsi planlaşdırılır".

Onun sözlərinə görə, ərazi əhatəsi 21 rayondan, Naxçıvan MR-in yeddi rayonu da daxil olmaqla, 30 rayona qədər genişlənib.

"Dəyəri 50-60 min dolları ötən layihələr yalnız DB tərəfindən maliyyələşdirməyə razılıq verildikdən sonra realizə ediləcək", - Əsgərov deyib.

Digər layihələr birbaşa maliyyələşdiriləcək.

"Maliyyə vəsaitlərinin yerləşdirilməsinə artıq başlanılıb. Ancaq hələ ki, maliyyələşdirilməyə hazır bir dənə də layihəmiz yoxdur", - o qeyd edib.

Azərbaycan Höküməti və DB arasında "Azərbaycan kənd sərmayələri" (AzRIP) layihəsinin 21,5 milyon dollar həcmində əlavə maliyyələşdirilməsi üzrə kredit müqaviləsinin imzalanması apreldə baş tutub. Bu, DB-nin Azərbaycanın kənd təsərrüfatının inkişafına sonuncu güzəştli kreditidir.

Əlavə maliyyələşdirmə layihənin əhatə ərazisinin genişlənməsi səbəbindən həyata keçirilib. Müvafiq olaraq layihənin realizə müddəti üç il uzadılıb.

DB artıq 2005-ci ildən realizə edilən layihənin genişləndirilməsi üçün 15 milyon dollar pul ayırıb. Azərbaycan Hökümətinin payı 9 milyon dollar təşkil edəcək.

AzRIP layihəsinin reallaşdırılması üzrə kredit sazişi 2004-cü il 23 sentyabr tarixində imzalanıb, həmin ilin 29 dekabr tarixində isə qüvvəyə minib. Layihənin ümumi dəyəri 21,1 mln. dollar təşkil edir. Bu məbləğin 15 mln. dolları Beynəlxalq İnkişaf Assosiasiyası kreditləri, 3,3 mln.dolları Yaponiya hökuməti qrantlarının payına düşür, qalan hissəsi isə Azərbaycan Hökuməti (1,250 mln. dollar) və benifisiarların (icmaların) hesabına ödənilib.
Əlavə malliyyə vəsaitinin ayrılması və müvafiq olaraq əhatə dairəsinin genişləndirilməsi ilə əlaqədar olaraq DB AzRIP layihəsinin üç ilə reallaşdırılacağını proqnozlaşdırıb. Layihənin 2012-ci il mart ayınadək başa çatdırılması nəzərdə tutulub. AzRIP layihəsi ilkin olaraq Naxçıvan Muxtar Respublikası, Şirvan və Muğan-Salyan regionlarından 21 rayonu əhatə edirdi.

İyulun 21-nə olan rəsmi məzənnə 0,8041 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti