...

Azərbaycan öz qızılının ixracına başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2009 14:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyul / Trend , müxbir Ü.İsmayılova /

Çərşənbə axşamı RV Investment Group (qızıl yataqlarının işlənməsi ilə məşğuldur) və Azərbaycan hökuməti ölkənin öz qızılını ixrac etməsi haqqında protokol imzalayıb, bu barədə çərşənbə axşamı şirkətin təsisçisi və prezidenti Rza Vəziri bildirib.

"Protokol Azərbaycanda hasil edilən qızılın İsveçrə affinajına ixracını nəzərdə tutur", - deyə Vəziri bildirib.

Onun sözlərinə əsasən, üç gün ərzində Azərbaycandan İsveçrə affinajına və sonra beynəlxalq bazarda satış üçün 1,2 min unsiya qızıl ixrac olunub.  

Vəzirinin proqnozlarına əsasən, avqustda Azərbaycan qızılının ixracı 2 min, sentyabrda isə 4-4,5 min unsiya təşkil edəcək.  

"Biz qızılı dünya bazarının qiyməti üzrə satmaq niyyətindəyik", - deyə Vəziri bildirib.

Nyu-York ticarət birjasının şöbəsi New York Mercantile Exchange, NYMEX/ və COMEX-də ticarətinin yekunları üzrə qızılın Avqust fyuçerslərinin qiymətinin təyin edilməsi 11,30 dollar artaraq troya unsiyası üçün 948,80 dollar təşkil edib. 

R.V.Investment Group Services LTD Gədəbəy yatağında qızıl hasilatı üzrə layihədə 51 faiz iştirak payına sahibdir. Azərbaycan tərəfi Gədəbəy layihəsində 49 faiz iştirak payına sahibdir.

Gədəbəy yatağındakı işlər 1997-ci ildə Azeriqizil (Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi) və ABŞ-ın R.V.Investment Group Services LTD şirkəti arasında imzalanan müqavilə əsasında aparılır. Bu müqavilə ehtiyatları 430 ton qızıl, 2,5 min ton gümüş və 1,5 milyon ton mis həcmində qiymətləndirilən ölkənin doqquz qızıl yatağında işləri nəzərdə tutur.

RV Investment Services Grouр LLC başçılığı ilə Azerbaijan International Mining Company (AIMC) əməliyyat şirkəti 2005-ci ilin payızında kəşfiyyata başlayıb.  

İyulun 21-nə olan rəsmi məzənnə  0,8041 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti