...

Azərbaycanda daha 210 kiloqram istifadəyə yararsız ərzaq məhlsulları satışdan çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2009 18:06 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlak bazarında növbəti monitorinqlərin keçirilməsi zamanı satışdan 210 kiloqram istifadəyə yararsız məhsullar çıxararaq məhv edib.

Azərbaycan, Bakı, 22 iyul / Trend , müxbir Ü.İsmayılova /

İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlak bazarında növbəti monitorinqlərin keçirilməsi zamanı satışdan 210 kiloqram istifadəyə yararsız məhsullar çıxararaq məhv edib. Bu barədə nazirliyin çərşənbə günü yayılmış məlumatında deyilir.

Montitorinqlər Bakının Nərimanov, Nəsimi, Yasamal, Suraxanı rayonlarında, həmçinin Gəncə şəhərində keçirilib.

Monitorinqlərin gedişində Bakının Nərimanov rayonundakı ticarət obyektlərindən birində istehlakçı hüquqlarının pozulması üzrə heç bir fakt aşkar edilməyib.

Qanun pozuntusuna yol vermiş 6 fiziki şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib.

17 may 2009-cu il tarixindən "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 36 hüquqi şəxsə 140,5min manat, 202 fiziki şəxsə 303,5 min manat cərimə tətbiq olunub.

Montitorinqlər davam etdirilir.

İyulun 22-nə olan rəsmi məzənnə 0,8042 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti