...

Azərbaycan Avropa Standartlaşdırma Komitəsində müşahidəçi hüququ əldə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2009 18:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 dekabr / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 2010-cu il yanvar ayının 1-dən Avropa Standartlaşdırma Komitəsində müşahidəçi statusu əldə edəcək. Bu barədə Dövlət Komitəsindən bazar ertəsi yayılan məlumatda bildirilir.

Məlumatda deyilir ki, Azərbaycan bundan sonra Avropa standartlarının hazırlanmasında, onların tətdiq edilməsində, beynəlxalq bazada milli standartların hazırlanmasında, həmçinin təşkilatın texniki komitələrinin iclaslarında iştirak edəcək. Üzvlük Azərbaycana Aİ texniki tənzimlənmə sisteminin son nailiyyətlərini əldə etmək və ölkədə yüksək keyfiyyətli müasir infrastrukturun yaradılması üçün geniş imkanlar açır.

Avropa Standartlaşdırma Komitəsi 1961-ci ildə yaradılıb. Hazırda təşkilatın 48 üzvü var. Bunlardan 30 tamhüquqlu üzv, 17-si müşahidəçi, biri isə tərəfdaşdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti