...

Azərbaycan əhalisinin uzunmüddətli əmanətləri 20% artıb – Mərkəzi Bank

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Dekabr 2009 14:01 (UTC +04:00)
2009-cu ilin ikinci rübündən Azərbaycanın bank sektorunda stabilləşmə və artma dinamikası müşahidə olunur, Mərkəzi Bankın kredit təşkilatlarının fəaliyyətinə nəzarət üzrə departament rəhbəri Rəşad Orucov deyib.
Azərbaycan əhalisinin uzunmüddətli əmanətləri 20% artıb – Mərkəzi Bank

Azərbaycan, Bakı, 15 dekabr / Trend , müxbir N. İsmayılova/

2009-cu ilin ikinci rübündən Azərbaycanın bank sektorunda stabilləşmə və artma dinamikası müşahidə olunur, Mərkəzi Bankın kredit təşkilatlarının fəaliyyətinə nəzarət üzrə departament rəhbəri Rəşad Orucov deyib.

Onun sözlərinə görə, ikinci rübdən sonra banklar fəal olaraq vəsaitlər cəlb etməyə başlayıb.

"İlin əvvəlindən dünyada əks prosesin müşahidə olunmasına baxmayaraq əhalinin uzunmüddətli əmanətləri 20% artıb", - Orucov deyib.

Azərbaycan bankları öz kreditorlarına 900 milyon dollar ödəyiblər və yeni kredit xətləri qismində təxminən 450 milyon dollar cəlb ediblər. Bank sektorunun ümümi pula çevirmə qabiliyyəti hazırda təxminən 1,2% milyard manat təşkil edir.

Azərbaycan bankları kredit verilməsini aktivləşdirməyə başlayıb. İlin əvvəlindən yerli bankların kredit portfeli 10% artıb.

Xəbər lenti

Xəbər lenti