...

Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən icbari sığortanın tətbiq edilməsi bazarın inkişafına əlavə stimul olacaq – bazar iştirakçısı

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Dekabr 2009 17:26 (UTC +04:00)
Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən icbari sığortanın tətbiq edilməsi haqqında qanunun tətbiq edilməsi bazarın inkişafına əlavə təkandır. "Xalq Sigorta" sığorta şirkətinin İdarə Heyətinin sədr müavini Əkbər Tahiri belə hesab edir.

Azərbaycan, Bakı, 21 dekabr / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən icbari sığortanın tətbiq edilməsi haqqında qanunun tətbiq edilməsi bazarın inkişafına əlavə təkandır. "Xalq Sığorta" sığorta şirkətinin İdarə Heyətinin sədr müavini Əkbər Tahiri belə hesab edir.

"Sığorta şirkətləri hazırda sığortanın icbari növləri üzrə xidmətlər göstərirlər. İcbari sığortanın yeni forması heç bir problem olmadan xidmət göstərəcək", - bazar ertəsi Tahiri deyib.

Sığortanın bu növü üzrə sığorta şirkətlərinin portfel gəlirlərindən danışan Tahiri hesab edir ki, sığortanın bu növünün tətbiq edilməsindən sonra təxmini rəqəm demək olar.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti "İstehsalatda bədbəxt hadisələrdən və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsindən icbari sığorta haqqında" qanun layihəsində nəzərdə tutulumuş sığorta tariflərinin yuxarı dərəcəsinin iki faizədək olması ilə razılaşmır. Bu barədə xidmətin rəhbəri Namiq Xəlilov bir müddət əvvəl demişdi. Qanun layihəsi ötən çərşənbə axşamı ölkə parlamentində ilk oxunuşda qəbul edilib.

"Birincisi, bu sığorta tarifləri deyil, sığorta tariflərinin yuxarı dərəcəsi tamamilə çatmır. Bizim hesablamalarımıza görə, tarif 1 faizdən başlayacaq", - Xəlilov deyib. Onun sözlərinə görə, risklərin kateqoriyasından asılı olaraq tarif artacaq, lakin istənilən halda 2 faizədək deyil.

Xalq Sığorta Azərbaycan bazarında 2005-ci ildən fəaliyyət göstərir. Xalq Sığortanın nizamnamə kapitalı 17,14 milyon manat təşkil edir. Şirkət sığortanın 21 könüllü və üç icbari növü üzrə xidmət göstərir. Şirkət sığorta bazarında həm kapitallaşdırmanın həcmi, həm də yığımlar üzrə liderdir. Yanvar-oktyabrda şirkətin haqları 1,03 milyon manat ödəmələr sayəsində 23,63 milyon manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti