...

Fransanın iri sığorta şırkəti Azərbaycanın sığorta bazarına daxil olmaq barədə istəyini bildirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Dekabr 2009 12:52 (UTC +04:00)
Fransa sığorta şirkəti "Axa Group"un Türkiyə nümayəndəliyi fəaliyyətinin genişləndirilməsi üzrə planı çərçivəsində 2010-cu ildə Azərbaycanın bir sığorta şirkətini əldə edə bilər. Bu barədə Baş direktor Kemal Ererdi Royter-ə müsahibəsində deyib.

Azərbaycan, Bakı, 24 dekabr / Trend , müxbir Ü.İsmayılova/

Fransa sığorta şirkəti "Axa Group"un Türkiyə nümayəndəliyi fəaliyyətinin genişləndirilməsi üzrə planı çərçivəsində 2010-cu ildə Azərbaycanın bir sığorta şirkətini əldə edə bilər. Bu barədə Baş direktor Kemal Ererdi Royter-ə müsahibəsində deyib..

"Biz Azərbaycanda şirkət almaqda maraqlıyıq və biz bunun üzərində işləyirik. Ola bilsin ki, işimizi 2010-cu ildə başa çatdıracağıq", - o deyib.

Eredi hansı şirkət ilə danışıqlar aparıldışı barədə danışmayıb.

"Biz daxılı bazarın imkanları ilə məhdudlaşmırıq, Türkiyəni platforma kimi istifadə edərək türkdilli ölkələr və onlarala sərhəddə olan xarici dövlətlərdə genişlənməyi planlaşdırırıq", - o deyib.

"Türkiyə regional platforma qismində Fransanın Axa Group şirkəti üçün çox mühümdür", - Axa Group-un Türkiyə şöbəsinin Baş direktoru deyib.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən cümə axşamı Trend -a deyilib ki, Axa Group-un Türkiyə nümaləndəliyi tərəfindən buna bənzər müraciət hələ daxil olmayıb.

"Əgər şirkət bizə müraciət etsə, biz bu təklifi mütləq nəzərdən keçirəcəyik. Əgər təqdim olunan bütün sənədlər Azərbaycan qanunvericiliyinə müvafiq olarsa, bu zaman şirkət Azərbaycanda şirkət ala, yaxud da öz şirkətini qura bilər", - Xidmətin rəhbərinin müavini Mahir Abdullayev deyib.

Azərbaycanda 28 sığorta və bir təkrarsığorta şirkəti fəaliyyət göstərir. Şirkətlərin haqları yanvar-oktyabrın yekunları üzrə, 42,09 milyon manat ödəmələr sayəsində 138,41 milyon manat təşkil edib.

AXA Group Avropada, Cənubi Amerikada və Sakit okean regionunda olmaqla, bütün dünyada öz fəaliyyətini həyata keçirir. Forbes versiyası üzrə haqların həcminə (156,95 milyard dollar) görə AXA Group dünyada ikinci yeri və idarəetmədə aktivlərin həcminə (936,9 milyard dollar) görə dünyada üçüncü yeri tutur.

Xəbər lenti

Xəbər lenti