...

Parlament Elman Rüstəmov və Xaqani Abdullayevin Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinə üzvlüyünü təsdiqləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2010 19:23 (UTC +04:00)
Çərşənbə axşamı parlament Elman Rüstəmov və Xaqani Abdullayevin Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinə üzvlüyünü təsdiqləyib. Rüfət Aslanlı başqa işə keçməsi ilə əlaqədar İdarə Heyəti üzvlüyündən azad olunub.
Parlament Elman Rüstəmov və Xaqani Abdullayevin Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinə üzvlüyünü təsdiqləyib

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir İ.Xəlilova/

Çərşənbə axşamı parlament Elman Rüstəmov və Xaqani Abdullayevin Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinə üzvlüyünü təsdiqləyib. Rüfət Aslanlı başqa işə keçməsi ilə əlaqədar İdarə Heyəti üzvlüyündən azad olunub.

Parlamentin İqtisadi siyasət daimi komitəsinin sədri Ziyad Səmədzadənin sözlərinə görə, Azərbaycan Prezidenti Elman Sirac oğlu Rüstəmovun və Xaqani Sərxan oğlu Abdullayevin AMB İdarə Heyətinin üzvləri postuna namizədliyini irəli sürüb.

Elman Rüstəmov 1995-ci ilin yanvarında Azərbaycan Milli Bankının (indiki Mərkəzi Bank) İdarə Heyətinin sədri təyin olunub. 2000-ci ilin aprelində o, AMB rəhbəri postunda təkrar təsdiqlənib. 2005-ci ilin apelində isə üçüncü dəfə bu postda təsdiqlənib.

Xaqani Abdullayev Azərbaycan Milli Bankında 2000-ci ilin avqustundan fəaliyyət göstərir. 2008-ci ilin aprelində o, bankın baş direktorunun səlahiyyətlərinin icraçısı vəzifəsinə təyin edilib. 2009-cu ilin iyulunda Mərkəzi Bankın baş direktoru vəzifəsində təsdiqlənib.

Rüfət Aslanlı 2008-ci ilin noyabrına kimi AMB İdarə Heyəti sədrinin müavini postunu tutub. Hazırda Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədridir.

Xəbər lenti

Xəbər lenti