...

Azərbaycanda kooperativlərin yaradılması kənd təsərrüfatı məhsullarının maya dəyərinin azalmasına səbəb olacaq - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2010 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycanda kooperativlərin yaradılması kənd təsərrüfatı sektorunun inkişafına ciddi təkan verə bilər. Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasov belə hesab edir.

"Birgə istehsalın təşkili Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcminin ciddi artmasına səbəb ola bilər", - nazir bildirib.

Onun sözlərinə görə, hazırda şimal rayonlarında, əsasən də Xaçmazda kooperativlərin yaradılması üzrə ciddi iş aparılır, lakin onların bütün ölkə boyunca yaradılması çox vacibdir.

Nazir hesab edir ki, 5, 10 və 100 hektar torpaq sahəsinə malik bir neçə fermerin birləşdirilməsi, birgə təsərrüfatın aparılması, vahid texnikadan, suvarma mexanizmindən istifadə olunması yekunda kənd təsərrüfatı mallarının maya dəyərinin azalmasına gətirib çıxaracaq.

Bu il Azərbaycan Parlamenti "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsinin müzakirəsinə başlamağı planlaşdırır.

Kooperativ kənd təsərrüfatı fəaliyyəti sahəsində istehsalat və əmək vasitələrinin qismən və ya tam ictimailəşdirilməsinə əsaslanaraq, torpağın birgə becərilməsi, maşından birgə istifadə və kənd təsərrüfatı məhsullarının birgə istehsalı məqsədi ilə kənd təsərrüfatı istehsalçılarını birləşdirən koopersiya növüdür.

Xəbər lenti

Xəbər lenti