...

Gürcüstanın "Xalq Bank"ı adını dəyişir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Mart 2010 13:28 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 23 mart / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstanın "Xalq Bank"ı öz adını dəyişir. Bank "Liberti Bank" adı altında fəaliyyət göstərəcək. Bankın menecmenti müvafiq bəyanatı bugünkü mətbuat konfransında verəcək.

Bankın adının dəyişdiriləcəyi barədə məlumat hələ ötən ilin sonlarında yayılmışdı, lakin bankın menecmenti məlumatı açıq şəkildə təsdiqləməmişdi.

Dəqiqləşdirilməmiş məlumata görə, bankın adının dəyişdirilməsi barədə qərar marketinq araşdırmaları əsasında qəbul olunub.

Bankın sahibi 2009-cu ilin sentyabrında səhmləri alan "Liberti Bank" investisiya qrupudur.

Xəbər lenti

Xəbər lenti