...

АccessBank gələcək artım üçün etibarlı zəmin yaradır

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2010 14:02 (UTC +04:00)
АccessBank nizamnamə kapitalını 21,8 milyon manat artıraraq (27 milyon dollar), 41,8 milyon manata (52 milyon dollar) çatdırıb. Bu barədə bankın məlumatında bildirilir.
АccessBank  gələcək artım üçün etibarlı zəmin yaradır

Azərbaycan, Bakı, 29 mart / Trend /

АccessBank nizamnamə kapitalını 21,8 milyon manat artıraraq (27 milyon dollar), 41,8 milyon manata (52 milyon dollar) çatdırıb. Bu barədə bankın məlumatında bildirilir.

Nizamnamə kapitalı əvvəlki illər üçün paylanmamış mənfəətin kapitallaşması yolu ilə artırılıb. Səhmlərin nominal dəyəri 1 manatdan 2,09 manatadək artıb. Səhmlərin ümumi sayı dəyişməyib və əvvəlkitək 20 milyon təşkil edib. Səhm paketinin bölünməsi də dəyişməyib: Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW İnkişaf Bankı, Qara dəniz Ticarət və İnkişaf Bankı - hər biri 20 faiz, "Access Holding" - 16,53 faiz və LFS Financial Systems - 3,47 faiz. Belə artım bankın gələcək inkişafı üçün kapitalın güclü adekvatlığını təmin edir. Hazırda bankın kapitalının adekvatlığı 25 faizi ötür ki, bu da Azərbaycan Mərkəzi Bankının minimal tələbindən iki dəfə çoxdur.

"Nizamnamə kapitalının 50 milyon dollardan çox artırılması bankın gələcək artımı üçün etibarlı zəmin yaradır, eyni zamanda, təsisçilərin bizim banka töhfəsini və bizim mikro və kiçik sahibkarlığın inkişafı üzrə missiyamızı, iqtisadiyyatın diversifikasiyasını, yeni iş yerlərinin yaradılmasını və yoxsulluğun aradan qaldırılmasını nümayiş etdirir", - bankın baş meneceri Endrü Pospilovski deyib.

AccessBank-ın missiyası az və orta gəlirə malik azərbaycanlı ailələrin mikro və kiçik sahibkarlığa və maliyyə xidmətlərinə çıxışını təmin etməkdir. AccessBank Fitch reytinq agentliyi tərəfindən (uzunmüddətli RDE BB+, fərdi reytinq D) Azərbaycan bankları arasında ən etibarlı bank kimi tanınıb.

Xəbər lenti

Xəbər lenti