...

Azərbaycan Nəqliyyat Nazirliyi şəhərlərarası və beynəlxalq avtobusların gecə saatlarında hərəkətinə qadağa qoyub

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2010 17:35 (UTC +04:00)
2010-cu il mayın 6-dan Azərbaycan Nəqliyyat Nazirliyi Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzaldan gecə saatlarında sərnişin avtobuslarının hərəkətinə qadağa qoyub.
Azərbaycan Nəqliyyat Nazirliyi şəhərlərarası və beynəlxalq avtobusların gecə saatlarında hərəkətinə qadağa qoyub

Azərbaycan, Bakı, 6 may /Trend /

2010-cu il mayın 6-dan Azərbaycan Nəqliyyat Nazirliyi Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzaldan gecə saatlarında sərnişin avtobuslarının hərəkətinə qadağa qoyub. Bu barədə nazirliyin məlumatında deyilir.

Bu tədbirlər sərnişinlərin daşınmasında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə həyata keçirilir.

Saat 01:00-dən 06:00-dək sürücülər üçün istirahət vaxtı kimi müəyyən edilib. 16:00-dan sonra Bakıdan müxtəlif istiqamətlərə avtobusların hərəkəti məhdudlaşdırılacaq.

Nəqliyyat Nazirliyi sürücü və sərnişinləri vəziyyəti düzgün qiymətləndirməyə və ehtiyatlı olmağa çağırır. Bu tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə edilir.

Azərbaycanda cümə axşamı saat 06:30-da ağır yol qəzası baş verib. Nəticədə beş nəfər həlak olub, səkkiz nəfər yaralanıb. Bu barədə Trend-ə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib.

Bakı-Qazax magistralının 140-cı kilometrində, Hacıqabul rayonu ərazisində Gəncə-Bakı istiqamətində hərəkət edən "Mersedes" markalı sərnişin avtobusu yolun kənarında təmir işləri aparan "Kamaz" markalı yük maşını ilə toqquşub. Yol qəzası nəticəsində beş nəfər ölüb, səkkiz nəfər yaralanıb.

İlkin ehtimala görə, qəzaya səbəb sərnişin avtobusunun sürücüsünün sükan arxasında yuxulaması olub.

Bu, ilin əvvəlindən çoxlu sayda adamların həlak olmasına gətirib çıxaran sərnişin avtobusunun qəzaya uğraması ilə bağlı ilk qəza deyil.

Xəbər lenti

Xəbər lenti