...

Azərbaycan və Finlandiya gömrük sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2010 15:03 (UTC +04:00)
Azərbaycan və Finlandiya gömrük sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqda hökumətlərarası saziş imzalayıb. Bu barədə Azərbaycan Gömrük Komitəsinin (AGK) cümə günü yayılan məlumatında deyilir.
Azərbaycan və Finlandiya gömrük sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir Ü.İsmayılova/

AzərbaycanFinlandiya gömrük sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqda hökumətlərarası saziş imzalayıb. Bu barədə Azərbaycan Gömrük Komitəsinin (AGK) cümə günü yayılan məlumatında deyilir.

Azərbaycan tərəfdən Aydın Əliyev və Finlandiya tərəfdən Milli Gömrük İdarəsinin baş direktoru Tapani Erlinqin imzaladığı saziş Azərbaycan nümayəndə heyətinin Finlandiyaya ikigünlük səfəri gedişində imzalanıb. Azərbaycan nümayəndə heyətinin səfəri mayın 10-11-də baş tutub.

Erlinq Azərbaycan nümayəndə heyəti ilə görüş zamanı azərbaycanlı gömrükçülərin narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsindəki təcrübəsindən istifadənin vacibliyini qeyd edib və bəyan edib ki, fin mütəxəssislərin Azərbaycana səfəri təcrübə mübadiləsinə və qarşılıqlı əməkdaşlığa yardım edəcək.

Azərbaycan Gömrük Komitəsinin rəhbəri Aydın Əliyev azərbaycanlı mütəxəssislərin Finlandiyanın gömrük laboratoriyalarında təcrübə keçmək, eləcə də münasibətlərin intensivləşdirilməsi istəklərindən danışıb.

Xəbər lenti

Xəbər lenti