...

"Bank of Azerbaijan" bankomatlar şəbəkəsini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 May 2010 13:20 (UTC +04:00)
Əhalinin rahatlığını təmin etmək üçün "Bank of Azerbaijan" tərəfindən Bakıda üç yeni bankomat quraşdırılıb.
"Bank of Azerbaijan" bankomatlar şəbəkəsini genişləndirir

Аzərbaycan, Bakı, 20 may /Trend/

Əhalinin rahatlığını təmin etmək üçün "Bank of Azerbaijan" tərəfindən Bakıda üç yeni bankomat quraşdırılıb.

Şəhərin mərkəzində əhaliyə xidmət üçün təqdim olunan bankomatlar aşağıdakı ünvanlarda quraşdırılıb:

- Nəsimi rayonu, Azadlıq prospekti, 125 (Nəsibbəy Yusifbəyli küçəsi ilə kəsişən yerdə);

- Nərimanov rayonu, Xoyski küçəsi, 2a ("Gənclik" metro stansiyasının yaxınlığında).

- Nəsimi rayonu, Rəşid Behbudov prospekti və Füzuli küçəsindəki yeraltı keçid.

Bu gündən etibarən müştərilər beynəlxalq ödəniş sistemi kartları vasitəsilə bankomat xidmətindən 24 saat ərzində yararlana bilərlər.

Hal-hazırda "Bank of Azerbaijan"nın bankomatlar şəbəkəsi 25 bankomatdan ibarətdir ki, bunlardan 13-ü Bakıda, qalanları isə ölkənin müxtəlif regionlarında yerləşir."Bank of Azerbaijan"nın bankomatlarının yerləşdirildiyi ünvanlarla bağlı məlumatı aşağıdakı internet səhifəsindən əldə etmək olar: http://bank.az/boa_az_bank_haqqinda_bankomatlar.htm.

"Bank of Azerbaijan" bankomatlar şəbəkəsinin genişləndirilməsi ilə bağlı siyasəti davam etdirir və ilin sonuna qədər Bakı ilə yanaşı, respublikamızın digər regionlarında da yeni bankomatlar açmağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti