...

Sahib Ələkbərov Azərbaycan vergilər nazirinin müavini vəzifəsinə təyin edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2010 17:53 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin 2 iyul tarixli sərəncamına əsasən, Sahib Ələkbərov vergilər nazirinin müavini vəzifəsinə təyin edilib.
Sahib Ələkbərov Azərbaycan vergilər nazirinin müavini vəzifəsinə təyin edilib

Azərbaycan, Bakı, 6 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyevin 2 iyul tarixli sərəncamına əsasən, Sahib Ələkbərov vergilər nazirinin müavini vəzifəsinə təyin edilib. Bu barədə nazirliyin çərşənbə axşamı rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Ələkbərov 2005-2009-cu illərdə Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinin başçısı, 2009-cu ilin iyunundan isə Dövlət Statistika Komitəsinin sədr müavini vəzifələrində çalışıb.

Ələkbərov 10 yanvar 1952-ci ilidə Samux rayonunda anadan olub. 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1984-cü ildə isə Moskva İctimai Elmlər Akademiyasını bitirib.

Xəbər lenti

Xəbər lenti