...

Azərbaycan neft-qaz sahəsindəki bəzi əməliyyatları gömrük rüsumundan və vergilərdən azad edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2010 15:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir İ.Xəlilova/

Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq, Azərbaycana verilməsi nəzərdə tutulan əsas fondların, daşınan əmlakın və digər aktivlərin Azərbaycan Respublikası Dövlət Neft Fonduna və ya hasilatın pay bölgüsü haqqında sazişlərdə Azərbaycan Respublikasını təmsil edən hüquqi şəxslərə hər hansı şəkildə təqdim edilməsi üzrə əməliyyatlar gömrük rüsumunun və verginin ödənilməsindən azad edilir.

Belə qərar "Azərbaycan Respublikası Dövlət Neft Şirkəti strukturunun təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli Fərmanına əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 aprel tarixli Fərmanının icrasını təmin etmək məqsədi ilə qəbul edilib.

Nazirlər Kabinetinin qərarı çərçivəsində neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq, Azərbaycan Respublikasına verilməsi nəzərdə tutulan əsas fondların, daşınar əmlakın və digər aktivlərin Azərbaycan Respublikasının Dövlət Neft Fonduna və ya hasilatın pay bölgüsü haqqında sazişlərdə Azərbaycanı təmsil edən hüquqi şəxslərə hər hansı şəkildə təqdim edilməsi üzrə əməliyyatlar idxal gömrük rüsumundan və ƏDV-dən azad edilir.

Qərar imzalandığı gündən, 16 iyul 2010-cu il tarixdən qüvvəyə minib.

"Gömrük güzəştlərinin edilməsi Azərbaycanın iqtisadiyyatına investisiyaların artırılmasına xidmət edəcək; belə əməliyyatların gömrük rüsumlarından və vergidən azad edilməsi xarici neft şirkətləri tərərfindən ölkədə yeni müəssisələrin (məsələn, tanker və başqa avadanlıqların istehsalı üzrə) yaradılmasına sərmayə yatırmağa imkan yaradacaq", - ölkə hökumətindən bildiriblər.

Aşağı vergi dərəcələri və gömrük güzəştlərinin olması ilə bağlı istehsalata oxşar investisiyalar Qazaxıstanda yatırılıb, hazır məhsul isə sonradan digər ölkələrə, o cümlədən, Azərbaycana ixrac edilib. Azərbaycanda yeni müəssisələrin yaradılması ölkədə yeni iç yerlərinin açılmasına da xidmət edəcək.

Azərbaycanda maksimal gömrük rüsumu 15 faiz, ƏDV isə 18 faiz təşkil edir.

Xəbər lenti

Xəbər lenti