Azərbaycan, Bakı, 8 avqust /Trend, müxbir İ.Hüseynov/
Moskva ərazisində torf bataqlığının alovlanması nəticəsində əmələ gələn smoqa görə təxirə salınan iki Bakı - Moskva ("Domodedovo" Beynəlxalq Hava Limanı) aviareysi təyinat məntəqəsinə yola düşüb. Bu barədə Trend-ə bazar günü "Azərbaycan Hava Yolları" (AZAL) QSC-dən bildiriblər.
Daha əvvəl "Domodedovo" aeroportuna Bakı vaxtı ilə 07.30 və 10.40-da həyata keçirilməli Bakı-Moskva aviareysləri saat 14:00-a qədər təxirə salınıblar.
Hazırda digər Bakı-Moskva ("Domodedovo") reysinə qeydiyyat gedir. Həmin istiqamətdə bir daha reys saat 17.40-a planlaşdırılıb.