...

Azərbaycanda avqust ayında pul kütləsində artım müşahidə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2010 12:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankı pul kütləsinin (M2) avqust ayı ərzində 4 faiz, 2009-cu ilin avqust ayı ilə müqayisədə isə 2,2 faiz artdığını bəyan edib. Bu barədə şənbə günü bankın məlumatında deyilir.

Avqust ayının sonuna olan vəziyyətə görə, M2 göstəricisi 7046,6 milyon manat olub. İyulun sonlarında bu göstərici 6892 milyon manat, 2009-cu il sentyabrın 1-də isə 7569,1 milyon manat təşkil edib.

Avqust ayının sonuna olan vəziyyətə görə, nağd pul kütləsinin (M0) göstəricisi 4850,8 milyon manat təşkil edib. İyulun sonlarında bu göstərici 4811,4 milyon manat, 2009-cu il sentyabrın 1-də isə 3651,9 milyon manat olub.

Geniş pul kütləsi (Broad Money Supply (M3)) avqustun sonlarında 9315 milyon manat olub. İyulun sonlarında bu göstərici 9054,5 milyon manat, 2009-cu il sentyabrın 1-nə isə 7569,1 milyon manat təşkil edib.

Sövdələşmələr üçün məbləğlər (transaction money (M1)) avqustun yekunları üzrə 5803,9 milyon manat, iyulun sonlarına 5756,5 milyon manat, 2009-cu il sentyabrın 1-nə isə 4550,3 milyon manat olub.

Oktyabrın 2-nə olan rəsmi məzənnə 0,8026 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti