...

Azərbaycanın Səhiyyə Nazirliyi ilin sonunadək vahid resept blanklarına keçəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2011 14:42 (UTC +04:00)
Azərbaycanın Səhiyyə Nazirliyi ilin sonunadək vahid resept blankları sisteminə keçməyi planlaşdırır.
Azərbaycanın Səhiyyə Nazirliyi ilin sonunadək vahid resept blanklarına keçəcək

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycanın Səhiyyə Nazirliyi ilin sonunadək vahid resept blankları sisteminə keçməyi planlaşdırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə səhiyyə nazirinin müavini Elsevər Ağayev məlumat verib.

"Bu yaxınlarda nazirlik bu sistemə keçid haqqında qərar qəbul edib. Blanklar tərtib olunub, Bakı və Sumqayıtın tibb müəssisələrinə paylanılıb", - Ağayev deyib.

Onun sözlərinə görə, yaxın vaxtlarda ölkə regionlarının da bu blanklarla təmin olunması planlaşdırılır.

Ağayevin sözlərinə görə, nazirlik yanında fevralın 22-dən etibarən 1900 müraciətin daxil olduğu "Qaynar xətt" xidməti yaradılıb.

Bununla əlaqədar 40 tibb işçisi barəsində müxtəlif növ ölçülər götürülüb.

Onun sözlərinə görə, şikayətlərin əksəriyyəti dərmanlarla təminat, həkimlərin səhlənkarlığı ilə bağlıdır.

Bununla yanaşı, nazir müavininin sözlərinə görə, bəzən şikayətlər araşdırıldıqdan sonra onların əsassız olduğu aydın olur. Həmçinin, müvafiq resept olmadan dərman verilməsi ilə bağlı hallar araşdırılır.

Xəbər lenti

Xəbər lenti