...

Fiziki şəxslərin onlayn-qeydiyyatının tətbiqi Azərbaycanda əlverişli biznes-mühit yaratmağa imkan verir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2011 18:03 (UTC +04:00)
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin onlayn-qeydiyyat sisteminin tətbiqi ölkədə əlverişli biznes-mühit yaratmağa imkan verir.
Fiziki şəxslərin onlayn-qeydiyyatının tətbiqi Azərbaycanda əlverişli biznes-mühit yaratmağa imkan verir (FOTO)

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir N.İsmayılova/

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin onlayn-qeydiyyat sisteminin tətbiqi ölkədə əlverişli biznes-mühit yaratmağa imkan verir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı vergilər nazirinin müavini Natiq Əmirov yeni xidmətlərin təqdimatı zamanı bildirib.

"Bu gün avtomatlaşdırılmış vergi informasiya sistemində (AVİS) 100 mindən artıq istifadəçi qeydiyyata alınıb. Ümumi sənəd dövriyyəsindən sənədlərin 46 faizə yaxını bu sistemdə hazırlanır ki, bu da ildə 20 milyon vərəqə qənaət etməyə imkan verir", - Əmirov deyib.

Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) nümayəndəsi İrina Niderbergerin sözlərinə görə, bundan əvvəl Azərbaycanda tətbiq edilmiş "bir pəncərə" prinsipi ildə 10-13 milyon dollara qənaət etməyə yardım edir. Onun sözlərinə görə, sahibkarlar bu vəsaitləri təkrar investisiya edə və yeni iş yerlərinin açılmasına yönəldə bilərlər.

"Azərbaycanın bu sahədəki təcrübəsi və qeydiyyatın onlayn rejiminin tətbiqi regionun və dünyanın digər ölkələrində uğurlu nümunə kimi istifadə oluna bilər", - Niderberger bildirib.

Vergilər Nazirliyi yanında Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili və iqisadi təhlil Baş İdarəsinin rəisi Zaur Fətizadə bildirib ki, nazirlik www.e-taxes.gov.az. saytını yeniləyib və fiziki şəxslər onun vasitəsilə vergi orqanlarında qeydiyyatdan keçə bilərlər.

Fətizadənin sözlərinə görə, elektron ərizələr vasitəsilə fiziki şəxslərin qeydiyyatı, bank hesablarının açılması, filialların, fiziki və hüquqi şəxslərin, eləcə də obyektlərin fəaliyyətinin dayandırılması, ƏDV-nin qeydiyyatı mümkündür.

Ehtimal olunur ki, qeydiyyatın bu növünün tətbiqi vergiödəyicilərin sayının daha da artmasına imkan verəcək. Onun sözlərinə görə,
iyulun 1-də Vergilər Nazirliyi ilk dəfə olaraq fiziki şəxslərin onlayn-qeydiyyatını həyata keçirib. Fiziki şəxslərin elektron qeydiyyat sisteminin tətbiqinin ilk yeddi günü ərzində nazirliyin saytından 75 fiziki şəxs vergiödəyicinin tanınma nömrəsini alıb.

Elektron qeydiyyatın tətbiqi qeydiyyatla bağlı vaxt itkisini iki gündən 2-3 dəqiqəyədək azaltmağa, vergi orqanlarının fəaliyyətinin effektivliyini artırmağa imkan verəcək.

Biznesin "bir pəncərə" vasitəsilə qeydiyyatı sisteminin tətbiqinə 2008-ci ilin əvvəlindən başlanıb və Vergilər Nazirliyi tərəfindən aparılır.

Xəbər lenti

Xəbər lenti