...

Dünyanın ən iri maliyyə korporasiyalarından biri Azərbaycanda özəl pensiya fondlarının yaradılmasına maraq göstərir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2011 12:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir A.Axundov/

Dünyanın ən iri maliyyə korporasiyalarından biri olan ING-nin Türkiyədəki nümayəndəliyi "ING Emeklilik" Azərbaycanda yaradılması planlaşdırılan özəl pensiya fondlarında iştirakının mümkünlüyünü istisna etmir.

"Biz pensiya təminatı üzrə də fokuslanırıq. Özəl pensiya təminatı sisteminin yaradılması mərhələsində olma onu bizim üçün cəlbedici edir", - şirkətin baş direktoru Yets Frederik de Vriye (Jetse Frederik de Vries) Trend-ə bildirib.

"2009-2015-ci illərdə sığorta pensiya sisteminin inkişafı üzrə Dövlət Proqramı"nda Azərbaycanda 2015-ci ildən etibarən özəl pensiya fondlarının hesablarında vəsaitlərin toplanması prosesinin başlayacağı nəzərdə tutulub. Bir müddət əvvəl Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslümov bildirib ki, müvafiq qanunvericilik bazasının hazırlanması 2012-2013-cü illərə planlaşdırılıb və ilk elementlərin tətbiqi 2014-15-ci illərdə planlaşdırılır.

Onun sözlərinə görə, ölkənin ÜDM-də sığorta mükafatlarının ümumi həcminin aşağı pay səviyyəsi sığorta şirkətlərinin inkişafı üçün şərait yaradır və bazarı xarixi sərmayədarlar üçün əlverişli edir.

"Mən Azərbaycanda sığortanın fantastik gələcəyinə inanıram. Azərbaycan Beynəlxalq Sığorta Forumu [iyulun 7-8-də Bakıda keçirilib] bizə bazarı və Azərbaycanda investisiya imkanlarını öyrənmək imkanı verdi. Mən sığorta sektorunun nisbətən az inkişaf etməsindən və ölkənin zənginliyindən təəccübləndim. Hesab edirəm ki, bu, bizim üçün böyük imkandır", - Vriye deyib.

2010-cu ilin yekunları üzrə ölkənin ÜDM-də sığorta yığımlarının xüsusi çəkisi 2009-cu ildəki 0,5 faizə qarşı 0,37 faiz təşkil edib. Ölkənin İqitisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanan 2011-2025-ci illərdə Azərbaycanın iqtisadi inkişafının uzunmüddətli strategiyası layihəsi 2025-ci ildə bu göstəricinin ən azı 3 faizədək çatdırılmasını nəzərdə tutur.

Strategiya layihəsinə görə, 2009-cu ildə ölkənin sığorta bazarının həcmi 215 milyon dollar təşkil edib, 2025-ci ilədək isə yığımların həcminin 3,108 milyard dollara çatdırılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti