...

Azərbaycanda cəmiyyətin əlillərə yanaşması dəyişməlidir - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Sentyabr 2011 11:22 (UTC +04:00)
Azərbaycanda cəmiyyətin əlillərin problemlərinə yanaşması dəyişməlidir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov bildirib.
Azərbaycanda cəmiyyətin əlillərə yanaşması dəyişməlidir - nazir

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanda cəmiyyətin əlillərin problemlərinə yanaşması dəyişməlidir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov bildirib.

"Azərbaycanda cəmiyyətin əlillərin problemlərinə yanaşması dəyişməlidir. Həmçinin əlillər üçün şəraitin yaxşılaşdırılması məqsədilə bir sıra infrastruktur məsələlərinin həll olunması vacibdir", - Ələkbərov deyib.

Onun sözlərinə görə, Nazirlik bu istiqamətdə zəruri tədbirlər həyata keçirir və gələcəkdə öz fəaliyyətini aktivləşdirməyi planlaşdırır.

"Biz bu sahədə xarici təcrübəni, eləcə də Avropa təcrübəsini öyrənirik", - nazir deyib.

Cümə günü Avropa Şurası Sosial Birliyi Baş Direktorluğu və Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "2006-2015-ci illərdə əlilliyi olan adamların ictimai həyatda iştirakının təşviqi və onların müdafiəsi üzrə planın reallaşdırılması" mövzusunda birgə seminar keçirib.

Xəbər lenti

Xəbər lenti