...

Parisdə Fransa-Azərbaycan biznes forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Sentyabr 2011 17:41 (UTC +04:00)
Sentyabrın 23-də Parisdə Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə Fransa-Azərbaycan biznes forumu keçiriləcək.
Parisdə Fransa-Azərbaycan biznes forumu keçiriləcək

Azərbaycan, Bakı, 15sentyabr /Trend, müxbir N.İsmayılova/

Sentyabrın 23-də Parisdə Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən Fransa-Azərbaycan biznes forumu keçiriləcək. Trend-in məlumatına görə, bu barədə AZPROMO-nun saytında dərc edilən məlumatda deyilir.

Tədbir Fransa-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının iclası çərçivəsində keçiriləcək. Bu məqsədlə maliyyə naziri Samir Şərifovun rəhbərlik edəcəyi Azərbaycan nümayəndə heyəti sentyabrın 22-dən 25-dək Parisdə səfərdə olacaq.

Forum çərçivəsində Azərbaycan iş adamları özlərinə tərəfdaşlar tapmaq və iş əlaqələri qurmaq imkanı əldə edəcəklər.

Əlavə məlumat üçün AZPROMO-ya müraciət etmək lazımdır. Əlaqələndirici şəxs: Fərid Nuriyev ([email protected]; tel: 012 598 01 47/48; daxili 122, faks: 012 5980152).

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2011-ci ilin yanvar-iyulunda Azərbaycanla Fransa arasında mal dövriyyəsi 2,69 milyard dollar təşkil edib.

Bu gün iki ölkə arasında müqavilə-hüquq bazası 30-dan çox sənədi əhatə edir ki, bu da əməkdaşlıq üçün zəruri baza yaradır.

Xəbər lenti

Xəbər lenti