...

Azərbaycan və Avstriya əməkdaşlığın genişləndirilməsi üçün potensiala malikdirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Sentyabr 2011 13:31 (UTC +04:00)
Azərbaycan və Avstriya ikitərəfli əlaqələrin genişləndirilməsi üçün potensiala malikdirlər.
Azərbaycan və Avstriya əməkdaşlığın genişləndirilməsi üçün potensiala malikdirlər

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan və Avstriya ikitərəfli əlaqələrin genişləndirilməsi üçün potensiala malikdirlər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakıda Azərbaycan-Avstriya biznes forumu çərçivəsində Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirib.

"Biznes forumunda əldə olunan uğurların və hər iki ölkənin kifayət qədər potensiala malik əməkdaşlığının perspektivlərinin müzakirəsi keçiriləcək", - Səfərov deyib.

Nazir müavininin sözlərinə görə, Avstriya bərk məişət tullantılarının idarə olunması, rabitə və telekommunikasiya, turizm, mədəniyyət kimi sahələrdə zəngin təcrübəyə malikdir.

"Forum, həmçinin iki ölkənin özəl sektorunun nümayəndələri arasında əlaqələrin yaradılması və dərinləşməsi üçün təkan olacaq", - Səfərov deyib.

Onun sözlərinə görə, forumda hər iki ölkənin işgüzar dairələrinin 40-dan artıq nümayəndəsi iştirak edir.

İqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiyalar sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Avstriya hömumətlərarası komissiyasının həmsədri, Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun sözlərinə görə, bu gün ölkələr arasında 28 saziş imzalanıb ki, onlardan 6-sı hökumətlərarası sazişdir.

"Bu gün telekommunikasiya, bərk məişət tullantılarının idarə olunması kini sahələri əhatə edən bir sıra sənədlər hazırlanır", - o deyib.

Vyananın vitse-meri Renat Braunerin sözlərinə görə, paytaxtda bu sahələrdə Azərbaycana maraqlı ola biləcək innovasiya yanaşmaları tətbiq edilir.

Sentyabrın 19-20-də Avstriyanın nümayəndə heyəti Nəqliyyat, Sənaye və Energetika, Mədəniyyət və Turizm, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərində, "Təmiz Şəhər" ASC-də bir sıra görüşlər keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti