...

Qazaxıstan Azərbaycana liman haqlarından ƏDV-ni çıxarmağı təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Sentyabr 2011 20:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir E.İsmayılov/

Qazaxıstan Azərbaycana Qazaxıstan bayrağı ilə üzən gəmilərdən liman haqlarının ƏDV hesablanmadan alınması imkanlarını nəzərdən keçirməyi təklif edir. Trend-in məlumatına görə, bu barədə iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyasının cümə axşamı keçirilən VIII iclasının yekunlarına dair imzalanmış protokolda deyilir.

Qazaxıstan yüklərinin Bakı limanından keçərək Aktau limanından daşınması daimi əsasda aparılır.

Ötən il Qazaxıstandan Bakı istiqamətində aparılan yükdaşımaların həcmi təxminən 5,43 milyon ton, Bakıdan Aktau istiqamətində isə 95,8 min ton təşkil edib. 2011-ci ilin birinci yarısında bu göstəricilər müvafiq olaraq 2,49 milyon tondan artıq və 18,7 min ton təşkil edib.

Komissiya Azərbaycan və Qazaxıstanın səlahiyyətli dövlət orqanlarına dəniz ticarəti nəqliyyatı sahəsində əməkdaşlığa dair hökumətlərarası saziş layihəsinin razılaşdırılmasının tamamlanmasını tapşırıb.

Həmçinin tapşırıq verilib ki, Qazaxıstan bayrağı altında üzən gəmilərin maneəsiz yüklənib-boşaldılması və yüklərin qəbulu, o cümlədən Qazaxıstan bayrağı altında üzən gəmilərin Azərbaycanın dəniz limanı və terminallarına azad və bərabərhüquqlu çıxışının təmini istiqamətində iş aparılsın.

Xəbər lenti

Xəbər lenti