Gürcüstan, Tbilisi, 12 dekabr /Trend müxbir N. Kirsxaliya/
Azərbaycan 2011-ci ilin üç rübü ərzində Gürcüstana 40,4 milyon dollar investisiya qoyub. Bu barədə bazar ertəsi Trend-ə Gürcüstanın Milli Statistika Xidmətindən məlumat veriblər.
Məlumata əsasən, birinci rübdə Azərbaycan investisiyaları 11,7 milyon, ikinci rübdə 13,2 milyon və üçüncü rübdə 15,5 milyon dollar təşkil edib.
Azərbaycandan Gürcüstan iqtisadiyyatına birbaşa investisiyaların daimi artımı qeyd edilir. Onlar ümumi birbaşa investisiyaların 6 faizini təşkil edir.
Qeyd etmək lazımdır ki, 2011-ci ilin üçüncü rübündə Gürcüstana birbaşa investisiyalar 266 milyon dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrünə nisbətən 66 faiz çoxdur.
Nəticədə bu ilin üç rübü ərzində birbaşa xarici investisiyalar 643 milyon dollar təşkil edib. 2010-cu ilin üç rübündə Gürcüstana birbaşa xarici investisiyaların həcmi 6,4 milyon dollar olub.
Bu il Gürcüstana ən çox investisiyalar Niderland (134,7 milyon dollar), Danimarka (99,8 milyon dollar), Kipr (80,8 milyon dollar), Türkiyədən (67,9 milyon dollar) daxil olub.
Ən böyük investisiyalar enerji (32 faiz), maliyyə sektoru (19 faiz), sənaye (11 faiz), daşınmaz əmlak (8 faiz), nəqliyyat və rabitə (6 faiz) sahələrinın payına düşür.