...

Azərbaycanda vergi dərəcələrinin azaldılması üçün geniş imkanlar var - İqtisadi İnkişaf Nazirliyi

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2012 20:04 (UTC +04:00)
Gələcəkdə Azərbaycanda vergi dərəcələrinin azaldılması üçün geniş imkanlar var.
Azərbaycanda vergi dərəcələrinin azaldılması üçün geniş imkanlar var - İqtisadi İnkişaf Nazirliyi

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir A.Axundov/

Gələcəkdə Azərbaycanda vergi dərəcələrinin azaldılması üçün geniş imkanlar var. Bu barədə cümə axşamı Trend-ə İqtisadi İnkişaf Nazirliyinin İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Ədalət Muradov bildirib.

"Vergi dərəcələrinin mütəmadi azaldılması ölkənin iqtisadi artımına müsbət təsir edib. Gələcəkdə bu amildən iqtisadi artım üçün istifadə edilməsi baxımından geniş imkanlar mövcuddur", - Muradov qeyd edib.

Onun sözlərinə görə, dövlət büdcəsinə vergi daxilolmaları vergi dərəcələrinin yalnız müəyyən səviyyəyə qədər yüksəldilməsi zamanı artır, dərəcələrin bu səviyyədən artıq artırılması zamanı isə vergi daxilolmaları azalır.

"Azərbaycanda vergi yükünün bir faiz artırılması vergi daxilolmalarını 2,3 faiz artırır. Bu onunla izah edilə bilər ki, ölkədə vergi yükü iqtisadi artımla müqayisədə elə də yüksək deyil", - o deyib.

Şöbə müdirinin sözlərinə görə, son səkkiz ildə Vergilər Nazirliyi xətti ilə dövlət büdcəsinə daxilolmalar 6,7 dəfə, ölkənin ümumi daxili məhsulu bu dövr ərzində 7 dəfə artıb.

"Bununla da ÜDM-də vergi daxilolmalarının xüsusi çəkisi 2011-ci ildə 2003-cü ildəki 11,5 faizdən 10,9 faizədək enib. Bu da onu deməyə əsas verir ki, vergi dərəcələri iqtisadi artıma müsbət təsir edir", - Muradov hesab edir.

Onun sözlərinə görə, vergi siyasəti və iqtisadi artım arasında əlaqə də istehlakın dinamikasını nümayiş etdirir.

"Son 8 ildə əhalinin real gəlirləri 5,3 dəfə, əhalinin ixtiyarında olan gəlirlər isə 5,4 dəfə artıb. Sonuncu göstəricinin birinci üzərində artımının yüksəlməsi vergi yükünün azaldılmasının, habelə bir tərəfdən istehlak artımına müsbət təsirin və digər tərəfdən yığım artımının təsdiqidir", - Muradov deyib.

Xəbər lenti

Xəbər lenti