...

Sahibkarlığa Kömək Milli Fondu investisiya layihələrinin idarə edilməsini avtomatlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2012 17:20 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondu investisiya layihələrinin idarə edilməsinin avtomatlaşdırılmış sisteminin yaradılması xidmətlərinin satın alınması üzrə tender elan edib.
Sahibkarlığa Kömək Milli Fondu investisiya layihələrinin idarə edilməsini avtomatlaşdırır

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycanın İqtisadi İnkişaf Nazirlyi yanında Sahibkarlığa Kömək Milli Fondu investisiya layihələrinin idarə edilməsinin avtomatlaşdırılmış sisteminin yaradılması xidmətlərinin satın alınması üzrə tender elan edib.

Trend-in məlumatına görə, bu barədə Tender Komissiyasının çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Tender təklifləri 30 aprel 2012-ci il, saat 16:00-dək qəbul edilir.

Əlavə məlumatı Fonddan almaq olar.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 172
Tel.: (+99412) 434-50-11;
Faks: (+99412) 432-37-17;
e-mail: [email protected]

Xəbər lenti

Xəbər lenti