Azərbaycan, Bakı, 25 may / Trend, müxbir A.Axundov /
Cümə günü, mayın 25-də paytaxtın Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə suyun verilməsində məhdudiyyətlər olacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycanın su operatoru "Azərsu" ASC məlumat yayıb.
Suyun verilməsində fasilələr Vaqif prospekti, S.Vurğun, Xan Şuşinski, M.Qaşqay, C.Hacıbəyli, F.X.Xoyski küçələrində müşahidə olunacaq.
"Suyun verilməsində məhdudiyyətlər abunəçilərin dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz edilməsi, həmçinin su itkilərinin qarşısını almaq məqsədi ilə Bakı şəhəri Nərimanov rayonu ərazisində uzun müddət istismarda olan çuqun boru xəttinin 500 mm diametrli metal borularla dəyişdirilməsi ilə əlaqədar qoşulma işlərinin aparılması ilə bağlıdır", - məlumatda deyilir.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.