...

Kapital Bankın xidmət məntəqələri şənbə günü də işləyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2012 16:17 (UTC +04:00)
"Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında" Azərbaycan Prezidentinin 14 mart 2012-ci il tarixli fərmanına uyğun olaraq iyunun 1-dən etibarən Kapital Bankın xidmət məntəqələrində əmanətçilərdən müraciətlərin qəbulu davam etdirilir.
Kapital Bankın xidmət məntəqələri şənbə günü də işləyəcək

Azərbaycan, Bakı, 8 iyun /Trend/

"Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında" Azərbaycan Prezidentinin 14 mart 2012-ci il tarixli fərmanına uyğun olaraq iyunun 1-dən etibarən Kapital Bankın xidmət məntəqələrində əmanətçilərdən müraciətlərin qəbulu davam etdirilir.

Bankın mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, iyunun 7-dək fərdi birdəfəlik ödəmələrlə bağlı banka ümumilikdə 68 850 müraciət daxil olub. Bu müraciətlərdən 28 140-ı məntəqələrdən bankın Əmanətçilərə Birdəfəlik Ödəmələrin Verilməsi Mərkəzinə təqdim edilib.

16 570 müraciət üzrə Mərkəz tərəfindən müsbət qərar qəbul olunub. Göstərilən müddət ərzində 6 200 əmanətçiyə ümumilikdə 3 904 000 (3 milyon 904 min) manat məbləğində fərdi birdəfəlik ödəmə verilib.

İtmiş, yaxud təqdim edilmək üçün yararsız vəziyyətə düşmüş əmanət kitabçaları üzrə bu müddətdə banka daxil olan müraciətlərin sayı isə 1142 olub.

Müraciətlərin çoxluğunu nəzərə alaraq Kapital Bankın xidmət məntəqələri şənbə günü də çalışacaq. Həmin gün müraciətlərin qəbulu deyil, ancaq ödəmələrin verilməsi həyata keçiriləcək. İndiyə qədər sənədlərini banka təqdim etmiş əmanətçilər sabah günün birinci yarısında bankın xidmət məntəqələrindən fərdi birdəfəlik ödəməni ala bilərlər.

Xəbər lenti

Xəbər lenti