...

Azərbaycan və Macarıstan iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2012 11:52 (UTC +04:00)
Danışıqlar çərşənbə axşamı Macarıstan İqtisadiyyat Nazirliyinin dövlət katibi Roza Nadın Bakıya səfəri çərçivəsində keçiriləcək. Bu barədə bazar ertəsi Trend-ə Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora məlumat verib.
Azərbaycan və Macarıstan iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir S.Ağayeva/

Bakıda Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlığın perspektivləri müzakirə olunacaq.

Danışıqlar çərşənbə axşamı Macarıstan İqtisadiyyat Nazirliyinin dövlət katibi Roza Nadın Bakıya səfəri çərçivəsində keçiriləcək. Bu barədə bazar ertəsi Trend-ə Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora məlumat verib.

Macarıstanın dövlət katibi üçgünlük səfəri çərçivəsində Azərbaycan iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova və Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovla görüşlər keçirəcək.

Roza Nad iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının həmsədridir.

Xəbər lenti

Xəbər lenti